Səkkiz heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkarlanıb

Nəzarət tədbirləri çərçivəsində 2025-ci il 10-13 iyun tarixlərində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şamaxı, Zaqatala rayonlarında fəaliyyət göstərən 8 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.
Reportyor.az AQTA-ya istinadla xəbər verir ki, aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
| № | Sahibkarlıq subyekti | Ünvan | Görülən tədbir |
| Bakı şəhəri üzrə | |||
| Ağakişiyev Zaur Lətif oğlu | Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi | İnzibati protokol tərtib edilib | |
| Mustafayev Əmrah Hüseyn oğlu | Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi | İnzibati protokol tərtib edilib | |
| Şamaxı rayonu üzrə | |||
| Musayev Hikmət Sovqat oğlu | Şamaxı şəhəri, N.Nərimanov küçəsi | İnzibati protokol tərtib edilib | |
| Teyyubov Səbuhi Mülkəsahib oğlu | Şamaxı şəhəri, N.Nərimanov küçəsi | İnzibati protokol tərtib edilib | |
| Musayev Ziya Zakir oğlu | Şamaxı şəhəri, N.Nərimanov küçəsi | İnzibati protokol tərtib edilib | |
| Əliyev Zaur Əli oğlu | Şamaxı şəhəri, N.Nərimanov küçəsi | İnzibati protokol tərtib edilib | |
| Zaqatala rayonu üzrə | |||
| Əliyev Əfsələddin Cəbrayıl oğlu | Zaqatala şəhəri, V.İsmayılov küçəsi 44 | İnzibati protokol tərtib edilib | |
| Xəlilov Aqil Yusif oğlu | Zaqatala şəhəri, V.İsmayılov küçəsi 44 | İnzibati protokol tərtib edilib | |
KARUSEL / İQTİSADİYYAT
Tarix: 17-06-2025, 12:48



























