İraq Baş naziri: İraq-ABŞ münasibətləri birtərəfli qərarlardan daha çox tərəfdaşlığa əsaslanmalıdır

İraq Baş naziri Məhəmməd Şiə Əl-Sudani İraqın ABŞ ilə münasibətlərinin birtərəfli qərarlardan daha çox tərəfdaşlığa əsaslanmalı olduğunu təsdiqləyib.
Bu barədə İraq Xəbər Agentliyi (Iraqi News Agency - INA) məlumat yayıb.
O, həmçinin ABŞ hərbi müşavirlərinin kiçik bir hissəsinin Suriya sərhədini izləmək üçün İraqdakı Ayn əl-əsəd aviabazasında qalacağını bildirdi və İŞİD təşkilatının artıq İraq daxilində ciddi təhlükə yaratmadığını qeyd edib.
Müdafiə Nazirliyinin hesablamalarına görə, Suriya sərhədi boyunca və ölkənin şimal-şərqində təcrid olunmuş ərazilərdə 400-500 İŞİD üzvü qalıb - deyə o əlavə edib.
Baş nazir əlavə olaraq izah edib ki, Fələstin məsələsinə ədalətli həll yolu tapılmadan bölgə qeyri-sabit qalacaq və hadisələr təkrarlanmağa davam edəcək.
Əs-Sudani həmçinin qeyd edib ki, İraq maliyyə sistemində islahatlarda əhəmiyyətli irəliləyişlər əldə edib, həmçinin Dəməşqdəki yeni hakimiyyət orqanları ilə terrorizmə qarşı mübarizə və narkotiklərə nəzarət sahələrində təhlükəsizlik sahəsində əməkdaşlıq nümayiş etdirib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:37


























