mobil versiya

İraqın müxtəlif bölgələrində 11 İŞİD üzvü həbs edilib





İraq təhlükəsizlik qüvvələri çərşənbə axşamı ölkənin müxtəlif bölgələrində 11 İŞİD üzvünü həbs etdiklərini açıqlayıb.

Təhlükəsizlik qüvvələrinin açıqlamasında, həbslərin şübhəliləri izləmək və tapmaq üçün dəqiq kəşfiyyat məlumatlarına əsaslanan yüksək səviyyəli təhlükəsizlik əməliyyatı zamanı həyata keçirildiyi bildirilib.

Bəyanatda İraq qüvvələrinin Neynəva vilayətində 5, şimalda Kərkük əyalətində 4, eləcə də İraqın şimalında Süleymaniyyədə bir və Səlahəddin əyalətində bir İŞİD üzvünün həbs edilməsinə səbəb olan bir sıra iri əməliyyatlar həyata keçirdiyi qeyd edilib.

İraq qüvvələri bütün birləşmələri ilə ölkənin şimal və qərb bölgələri başda olmaqla müxtəlif vilayətlərdə İŞİD təşkilatının qalıqlarını və yatan hücrələrini təqib etmək üçün səylərini davam etdirir.

Reportyor.az




KARUSEL / DÜNYA
Tarix: Dünən, 14:42