Pakistanın şimal-qərbində təhlükəsizlik əməliyyatı zamanı 2 əsgər, 15 yaraqlı öldürülüb

Pakistan ordusunun qüvvələrinin Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində həyata keçirdiyi təhlükəsizlik əməliyyatı zamanı iki pakistanlı əsgər və 15 yaraqlı öldürülüb.
Reportyor.az xəbər verir ki, bu barədə AP Pakistan ordusunun yaydığı bəyanata istinadən bildirir.
Ordu qüvvələri ötən gecə kəşfiyyat məlumatlarına əsaslanan əməliyyat keçirib və əyalətin müxtəlif bölgələrində atışma nəticəsində iki pakistanlı əsgər və 15 yaraqlı həlak olub.
Bəyanatda yaraqlıların bölgədə çoxsaylı terror fəaliyyətlərində iştirak etdiyi vurğulanıb.
Pakistanın təhlükəsizlik qüvvələri və ordusu silahlı qrupları təqib etmək üçün ölkə daxilində təhlükəsizlik əməliyyatları aparır
KARUSEL / DÜNYA
Tarix: 28-04-2025, 12:42