mobil versiya

Hayber-Paxtunxva 5 təhlükəsizlik işçisi şəhid olub




Lakki Marvat, Şimali və Cənubi Vəziristan rayonlarında baş verən üç ayrı insidentdə səkkiz nəfər - beş təhlükəsizlik işçisi və üç uşaq həyatını itirib.

Bu barədə Pakistan ordusunun informasiya vasitəsi olan “Inter Service Public Relations” (ISPR) məlumat yayıb. Bildirilir ki, Şimali Vəziristanda silahlılarla atışma nəticəsində bir hərbçi şəhid olub, Cənubi Vəziristan rayonunda isə 3 əsgər hücumda həyatını itirib, 12 əsgər isə yaralanıb. Ayrı-ayrılıqda, Lakki Marvat rayonunda bir polis məmuru və onun üç azyaşlı qardaşı oğlu həyatını itirib.

Ravalpindi rayonunun sakini, 24 yaşlı kapitan Məhəmməd Usamə bin Ərşad bölgədə təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında atışma zamanı şəhid olub.

ISPR əlavə edib ki, atışma zamanı təhlükəsizlik qüvvələri silahlıları effektiv şəkildə hədəfə alıb və nəticədə iki yaraqlı öldürülüb: "Ərazidə qalan yaraqlıların məhv edilməsi üçün təmizləmə əməliyyatı aparılırdı. Pakistanın təhlükəsizlik qüvvələri ölkədən terror təhlükəsini aradan qaldırmaq əzmindədir və igid əsgərlərimizin bu cür fədakarlığı bizim əzmimizi daha da gücləndirir”.


KARUSEL / DÜNYA
Tarix: 11-07-2024, 09:55