mobil versiya

Xırdalan Seconq İnstitutunda 1-ci Koreya Mədəniyyəti Viktorinası keçirilib



Xırdalan Seconq İnstitutunda 1-ci Koreya Mədəniyyəti Viktorinası keçirilib.

Bu tədbir Seconq İnstitutu Fondunun 2025-ci il xüsusi layihəsi çərçivəsində təşkil olunub və Koreyaya maraq göstərən, Koreya dili və mədəniyyətini öyrənən 76 nəfər iştirak edib. Yarışma üç mərhələdən ibarət idi:

1-ci mərhələ Koreya mədəniyyəti haqqında test və açıq tipli 40 sualdan ibarət idi. Azərbaycan və koreya dillərində təqdim olunan sualları ən yüksək balla cavablayan 30 nəfər iştirakçı növbəti mərhələyə iştirak şansı qazanıb.

2-ci mərhələ koreya dilində, ‘Golden Bell-Qızıl Zəng’ viktorinası şəklində keçirilmişdir və iştirakçılar sualın cavabını ağ lövhələrə yazaraq cavablamışdır. Bundan əlavə, müsabiqəyə həyəcan və maraq qatmaq üçün ikinci mərhələni uduzan iştirakçılar üzrə iki dəfə bərpa raundu keçirilib.  


 3-cü mərhələ koreya dili, koreya tarixi, milli mədəniyyət, ictimai mədəniyyət və gündəlik həyat kimi beş mövzu üzrə 25 sualdan ibarət idi. Sualları ilk və düzgün cavablandıran şəxs növbəti sualın mövzusunu seçmək hüququ qazanıb.

Müsabiqənin birincisi Xırdalan Seconq İnstitutunun məzun tələbəsi Aytac Zamanova olub.
Tədbir zamanı izləyicilər üçün də viktorina oyunları və lotereya təşkil edilib. Beləliklə, həm iştirakçılar, həm də tamaşaçılar Koreya mədəniyyəti haqqında yeni biliklər əldə edib.


Reportyor.az

KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 13:45