mobil versiya

Bakıda bulqoqi, dokbokki, dakqalbi, cabçe, kimbab, kimçi, sunconqva dadlı Koreya Yemək Festivalı keçirilib



Koreya Respublikasının Azərbaycandakı  Səfirliyi tərəfindən 2024-cü il Koreya Yemək festivalı keçirilib. 

Reportyor.az
xəbər verir ki, bu dəfəki Koreya yemək festivalında bulqoqi, dokbokki, dakqalbi, cabçe, kimbab, kimçi, sunconqva kimi müxtəlif Koreya mətbəxi nümunələri hazırlanaraq qonaqlara təqdim edilib.  Bundan əlavə, tədbir iştirakçılarına Koreya məzələri, çay, dəniz yosunu və konfet dadmaq imkanı verilərək Koreya ərzaq məhsulları tanıdılıb. 

Səfir Li İn Yonq öz təbrik çıxışında Koreya mətbəxinin həm dadı, həm də qidası ilə insanların yaşından və cinsindən asılı olmayaraq hər kəsin zövqünü oxşayan  mətbəx olduğunu və  tədbir vasitəsilə Koreyanın dadını Azərbaycanda təbliğ etmək fürsəti əldə etdiyinə görə şad olduğunu bildirib.


Bu ilki tədbir Koreya restoranının çox az  olduğu Azərbaycanda insanların Koreya yeməkləri və qida məhsulları ilə tanış ola bildiyi gözəl bir fürsətə çevrilib.

Gələcəkdə də Koreya Respublikasının Azərbaycandakı Səfirliyi Koreya mətbəxinə həsr olunmuş tədbirlər vasitəsilə azərbaycanlılara Koreya yeməklərini dadmaq imkanları yaratmağa davam edəcək.


Tədbirdə Azərbaycan və Koreya arasında siyasi, iqtisadi, mədəni və təhsil kimi müxtəlif sahələrdə mübadilənin və əməkdaşlığın gücləndirilməsinə çalışan hər iki ölkənin vətəndaşları, həmçinin Koreyaya maraq göstərən Azərbaycan gəncləri də daxil olmaqla 200-ə yaxın insan iştirak edib.

Bundan əlavə, Koreyanın Azərbaycandakı Səfirliyinin təşlilatçılığı ilə baş tutmuş 2023 və 2024-cü il K-pop Festivalının qaliblərinin çıxışları da tədbir iştirakçılar tərəfindən hərarətlə qarşılanıb.

Reportyor.az







KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 26-09-2024, 20:23