mobil versiya

Şimali Koreya Cənubi Koreyaya zibil daşıyan balonlar göndərib


Şimali Koreya Cənubi Koreyanın sərhəd bölgələrinə zibil daşıyan daha 250 balon göndərib.

Paytaxt Seul yaxınlığındakı İncheon Beynəlxalq Hava Limanına çatan hava şarları səbəbindən 3 uçuş-enmə zolağı bağlanıb və bir çox uçuşlar ləğv edilib.
Gecə ərzində göndərilən təxminən 250 şardan 100-nün Gyeonggi əyalətinin şimal hissəsinə endiyi bildirilib. Cənubi Koreya ərazisinə düşən hava şarlarının zərərsiz tullantılar, xüsusilə də kağız daşıdığı qeyd edilib.
Qeyd edək ki, Şimali Koreya artıq 6-cı dəfədir ki, Cənubi Koreya ərazisinə bu tip hava şarları göndərir.("AzPolitika.info")


KARUSEL / DÜNYA
Tarix: 26-06-2024, 14:00