Cənubi Koreya KXDR-in mümkün PUA hücumuna qarşı plan hazırlayıb
Cənubi Koreya ordusu Koreya Xalq Demokratik Respublikasının (KXDR) mümkün pilotsuz uçuş aparatı (PUA) hücumuna qarşı əməliyyat planı hazırlayıb.
Bu barədə Yonhap agentliyi Cənubi Koreya ordusundakı mənbəyə istinadla məlumat yayıb. Bildirilir ki, aqresiv plan əsasən, Şimali Koreyanın hər hansı PUA-sının cənuba hücuma keçəcəyi halda Cənubi Koreya ən azı 10 PUA-nı Pxenyan üzərinə göndərəcək. Bu, ötən ilin dekabrında KXDR-ə məxsus dronların iki ölkə arasında faktiki sərhəd boyunca uçuş etməsindən sonra Cənubi Koreyanın başlatdığı hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsi planının bir hissəsidir. Həmin dronlardan biri hətta Seulda Prezident ofisinin yaxınlığındakı uçuşsuz zonaya daxil olmuşdu.
Cənubi Koreya Nazirlər Kabineti ölkənin silahlı qüvvələrinin tərkibində dron əməliyyat komandanlığının yaradılması barədə planı da təsdiqləyib. Ordudakı mənbələr bildirir ki, plana əsasən komandanlıq iyunun sonunadək Şimali Koreyanın bütün ərazisini əhatə edə biləcək 100 kiçik kəşfiyyat dronunu hazır vəziyyətə gətirəcək. Bu dronların bəziləri uzun müddət kəşfiyyat fəaliyyəti aparmaq gücünə malik olacaq. Son texnologiyalara əsaslanan kiçik dronlar GPS cihazı, daxili idarəetmə sistemi, habelə Şimali Koreya tərəfindən vurulacağı halda özünün məlumat bazasını məhv edə bilən proqramla təmin ediləcək.
KARUSEL / DÜNYA

Tarix: 20-06-2023, 10:13