Bakı – Qazax marşrutu üzrə sərnişin qatarına biletlər 19 manatdan 125 manatadak dəyişir

ADY iyunun 15-dən etibarən Bakı - Qazax - Bakı istiqamətində qatarla sərnişindaşımanı bərpa edib.
ADY mövcud Bakı–Ağstafa–Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutunu Qazax stansiyasına qədər uzatmaqla bunu reallaşdırıb.
Pandemiya zamanı dayandırılan bu marşrut 6 il olardı ki işləmirdi.
Reportyor.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib ki, əvvəllər 8 saata gedilən yolu hazırda Stadler qatarı 5 saat 36 dəqiqəyə qət edəcək.
Uzun müddət işləməyən marşrutun işə salınması, Ağstafa–Qazax yolunun və infrastrukturun bərpa edilməsi və Qazax Dəmir Yol Stansiyasının binasının yenidən qurulması istiqamətidnə ADY –nin səyləri təqdirəlayiqdir.

Lakin təəssüf ki qiymətlər məsələsində bu marşrut üzrə də xoşagələn vəziyyət yoxdur.
Bakı –Balakən marşrutunda olduğu kimi burada da qiymətlər yetərincə yüksəkdir .
Bakı – Qazax- Bakı marşrutunda bir istiqamətdə olan 1 biletin qiyməti :
Standart 19.9 AZN
Standart+ 26.1 AZN
Biznes 43.9 AZN
Birinci klass 124.4 AZN
KARUSEL / İQTİSADİYYAT
Tarix: 17-06-2025, 14:36