Bakı metrosundan istifadə edənlərin sayı nə qədər olub?

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 93,997 milyon nəfər olub.
Reportyor.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,093 milyon nəfər və yaxud 1,1% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar-may ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3 faiz və 5,9 faiz artıb.
Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 96,8 milyon ton yük daşınıb. Yüklərin 3,9 faizi dəniz, 7,3 faizi dəmir yolu, 0,2 faizi hava, 59,9 faizi avtomobil nəqliyyatı, 28,7 faizi isə boru kəməri ilə daşınıb.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 17-06-2025, 18:04