mobil versiya

İran İsrail xəstəxanasına edilən hücumun əsas hədəfinin hərbi obyekt olduğunu bildirib





İran bildirib ki, İsrailin cənubundakı xəstəxananı vuran raket hücumunun əsas hədəfi səhiyyə müəssisəsi deyil, İsrail hərbi və kəşfiyyat bazası olub.

Reportyor.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

İsrailin cənubundakı bir xəstəxana və Təl-Əviv yaxınlığındakı iki qəsəbə İranın raket zərbələri nəticəsində vuruldu, İsrail xilasediciləri İranın son hücumlarında ən azı 47 nəfərin yaralandığını deyib.

“Hücumun əsas hədəfi İsrail Ordusunun Komandanlıq və Kəşfiyyat Bazası (IDF C4I) və Soroka xəstəxanasının yaxınlığında yerləşən Gav-Yam Texnologiya Parkındakı Ordu Kəşfiyyat Düşərgəsi olub”, - İRNA bildirib.

Xəstəxananın yalnız partlayış dalğasına məruz qaldığını və birbaşa və dəqiq hədəfin hərbi obyekt olduğunu söyləyib.
KARUSEL / DÜNYA
Tarix: 19-06-2025, 13:00