“Başqa planetə getməliyik” – Mask dünyanın sonu ilə bağlı xəbərdarlıq edib

SpaceX və Tesla-nın baş direktoru, milyarder İlon Mask bəşəriyyətin gələcəyi ilə bağlı ciddi xəbərdarlıq edib.
Onun sözlərinə görə, günəşin təkamül prosesi Yerdəki həyatın sonunu gətirəcək və bu, qaçılmaz bir prosesdir. Mask bildirib ki, Yer planeti bir gün Günəşin genişlənməsi nəticəsində yanaraq külə dönəcək.
“Yerdəki həyatı Günəş məhv edəcək. Günəş genişlənir. Yer yanaraq külə dönəcək. Ona görə də başqa planetlərə getməliyik", – deyə Mask vurğulayıb. O, kosmik koloniyaların artıq lüks və ya uzaq bir xəyaldan çox, həyati bir zərurət olduğunu qeyd edib.
Mask hesab edir ki, bəşəriyyətin sağ qalması üçün Mars başda olmaqla digər planetlərdə yaşayış məntəqələrinin qurulması prioritet məsələyə çevrilməlidir. Onun fikrincə, bu istiqamətdə atılan addımlar bəşəriyyətin uzunmüddətli təhlükəsizliyi üçün həlledici rol oynayacaq.(“AzPolitika.info”)
MARAQLI / KARUSEL
Tarix: 6-05-2025, 16:54