mobil versiya

Ərdoğanın Azərbaycana GİZLİ SEVGİSİ... - ŞOK OLACAĞINIZ SƏBƏBLƏR


   

2-сi Qarabağ savaşının hərbi dövrü Azərbaycan üçün böyük zəfərlə yekunlaşdı...

44 günlük aktiv döyüş əməliyyatları yerini diplomatiya qarşıdurmasına verdi..

Qardaş ölkə Türkiyənin və prezident Rəcəp Tayyip Ərdoğanın mənəvi dəstəyi cəbhədəki qələbəmizi daha da yaxın etdi..
Bəs Türklərin rəis deyə xitab etdiyi Rəcəp tayyip Ərdoğanın Azərbaycana olan sevgisinin səbəbi nədir..???
Bu gün Ərdoğanın Azərbaycan sevgisindən bəhs edəcəyik..

Bəs Türklərin rəis deyə xitab etdiyi Rəcəp tayyip Ərdoğanın Azərbaycana olan sevgisinin səbəbi nədir..???

Türkiyə-Azərbaycan münasibətləri həmişə yaxın olub. Məlum olduğu kimi, bu münasibətlər “Bir millət – iki dövlət” prinsipi üzərində təşəkkül tapır. Türkiyə və Azərbaycan arasında elə bir bağ var ki, bu, dünyanın başqa iki dövləti arasındakı münasibətlərdə yoxdur. Burada siyasi-iqtisadi maraqlar yox, milli, tarixi və qan bağları ön plandadır. Bu, sırf qardaşlıq münasibətləridir.

Ərdoğan özündən əvvəlki Türkiyə prezidentləri arasında yeganə dövlət başçısıdır ki, Azərbaycana bu qədər isti münasibət göstərir. Burada şəxsi münasibətlərin də önəmi var. Məlumdur ki, Prezident İlham Əliyevlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında isti münasibətlər, qardaşlıq əlaqələri var. Bu, Ərdoğanın yürütdüyü siyasətdə də əks olunur.

 Şübhəsiz ki, münasibətlərdə siyasi, iqtisadi və geosiyasi maraqlar da var. Bölgədə reallaşdırılan nəhəng enerji layihələri var ki, bunlar Azərbaycan və Türkiyənin başçılığı ilə həyata keçirilir. Bunların hər biri dünya miqyasında olan lahiyələrdi. Amma iki ölkə arasındakı qarşdaşlıq münasibətləri bu lahiyələrin üstündədir. Qeyd etdiyim kimi bunlar qardaşlıq, dostluq və qohumluq münasibətləridir ki, Ərdoğanın hakimiyyəti dövründə özünü daha qabarıq şəkildə göstərir.

İndiyədək Türkiyədə Ərdoğan qədər Azərbaycanı özünə yaxın bilən dövlət başçısı olmayıb.. Bu gün Ərdoğanla yanaşı, Türkiyənin xarici işlər naziri və digər yüksək vəzifəli şəxsləri beynəlxalq tribunalardan çıxış edərkən, həmişə Dağlıq Qarabağ münaqişəsinə yanaşmada Azərbaycanın haqlı mövqeyini müdafiə ediblər. Bəlkə də indiyədək Türkiyədə bu qədər Azərbaycan haqda danışan prezident olmayıb. Ərdoğan isə yeganə dövlət başçısıdır ki, Azərbaycanın bütün problemlərini öz problemi, mövqeyini öz mövqeyi kimi qəbul edir. Ərdoğan hər yerdə onu bəyan edir ki, Azərbaycan savaşa gedərsə, Türkiyə onun yanında sonacan addımlayacaq.




Azərbaycan-Türkiyə qardaşlığı şimal qonşumuz Rusiyanı da çox narahat edir.

Rusiya çox gözəl başa düşür ki, türk dövlətləri və xalqları arasında Türkiyəyə böyük simpatiya var. Türk dövlətlərinin Türkiyə ətrafında birləşməsi Rusiyaya baha başa gələ bilər – həm öz təsir dairəsində olan böyük bölgələri itirəcək, həm də öz gücünün əhəmiyyətli hissəsindən məhrum olacaq. Türkiyə ətrafındakı belə bir birləşmə Rusiyanı kiçik – heç bir nüfuzu olmayan dövlətə çevirə bilər.

44 günlük vətən savaşı dövründə hər cürə dəstəyə hazır olduğunu hər çıxışında bəyan edən Ərdoğanın 18 oktyabr müstəqillik günü təbriki xüsusilə möhtəşəm oldu..


Erdoğan rəsmi sosial media hesabındakı paylaşımında deyib: “Can qardaşımız, can dostumuz Azərbaycanın 18 oktyabr – Müstəqillik Gününü təbrik edirəm. Bir millət, iki dövlət amalı ilə Azərbaycanı hər sahədə dəstəkləməkdə və Vətən uğrunda mübarizəsində qardaşlarımızın yanında olmaqda davam edəcəyik”.

Ərdoğan tarixi hadisələri də heç vaxt unutmur...Unutdurmur...Mütəmadi olaraq öz çıxışlarında Çanakkalə zəfərində azərbaycan oğullarının sonsuz dəstəyini qabardır...


Təsəvvür edirsiniz bu dəstək olmasa idi nə olardı....Türkiyəni yanımızda yox qarşımızda görsə idik, Qarabağı həmişəlik unutmalı idik...Məhz bu birlik və bu vəhdət sayəsində müzəffər ordumuz Böyük savaşda qələbə qazandı...İndi isə növbədə diplomatik cəbhədə zəfər qazanmaqdır..


MARAQLI / SON XƏBƏR / GÜNDƏM
Baxılıb: 190 Tarix: 22-11-2020, 01:13



Şərh bildir
yenilə, əgər kod görünmürsə