Evlənmək istədilər QİÇS olduqları aşkarlandı


Sentyabr ayı ərzində nikaha daxil olmaq istəyən və icbari tibbi müayinədən keçən 70 nəfərdə sifilis, 12 nəfərdə isə QİÇS aşkar edilib.

REPORTYOR.AZ xəbər verir ki, bunu Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, ötən ay ərzində ümumilikdə 11278 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib:

“340 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan dörd cütlük müəyyənləşdirilib”.

Z.Əlimirzəyeva bildirib ki, bu ilin doqquz ayı ərzində nikaha daxil olmaq üçün 103618 nəfər müayinədən keçib:

“Onlardan 2653 nəfərdə talassemiya daşıyıcılığı, 212 nəfərdə sifilis, 107 şəxsdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 34 olub.

2015-ci ildən indiyədək 603431 nəfərdə qan müayinəsi aparılıb. 20888 cütlükdən birində talassemiya daşıyıcılığı, 223 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 1940 nəfərdə sifilis, 562 nəfərdə HİV1/2 (QİÇS) qeydə alınıb”.

Qeyd edək ki, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçməsi mütləq sayılır.(oxu.az)
SAĞLAMLIQ / KARUSEL / HADİSƏ / SOSİAL / CƏMİYYƏT
Baxılıb: 8 Tarix: 7-10-2019, 22:54
Şərh bildir
yenilə, əgər kod görünmürsə