Tez yuxuya getmək üçün bunları edin

İkincisi, yatağınızda rahat deyilsinizsə, dizlərinizin altına yastıq qoyun. Bu halda bel əzələləriniz boşalacaq və siz tez yuxuya gedəcəksiniz. Böyrü üstə yatmağı xoşlayırsınızsa, yastığı ayaqlarınızın arasına qoyub, uzanın. Belə vəziyyət rahatlanmağınıza və tez yuxuya getməyinizə kömək edəcək.
Tez yuxuya getmək üçün yoqlardan götürülmüş "4-7-8" üsulundan istifadə də məsləhət görülür. Bunun üçün əvvəlcə rahat uzanmaq, üz əzələlərini boşaltmaq, dili yuxarı qaldırıb üst dişlərə sıxmaq lazımdır. Sonra ağzınızla nəfəs almaqla ciyərlərinizdəki bütün havanı çəkin, 4-ə qədər sayaraq burnunuzdan çıxarın. 7-yə kimi sayıb nəfəsinizi saxlayın, 8-ə kimi sayaraq ağzınızdan nəfəs almaqla yenidən ciyərlərinizdəki bütün havanı çəkin. Bunu 4 dəfə təkrarlayın, tezliklə yuxuya gedəcəksiniz.
/Milli.az/
SAĞLAMLIQ / CƏMİYYƏT
Tarix: 30-08-2019, 09:41