
Bu il G7-nin Fransanın Biarritz şəhərində keçirilən 3 günlük sammitində üzv ölkələrin fikir ayrılığı nümayiş etdirdiyi məsələlərdən biri də G7-nin əvvəlki formatına qaytarılması - Rusiyanın “klub”a bərba olunması ilə bağlı idi. ABŞ Prezidenti Donald Trampın israrlarına rəğmən Avropa ölkələrinin əksəriyyəti Rusiyanı öz sıralarında görmək istəmədiyini bəyan etdi. Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk isə Aİ-nin heç bir şərtlə Rusiyanın G7 masasına dönməsi ilə razılaşmayacağını bildirdi.“The Guardian”ın yazdığına görə, G7-nin digər ölkələri arasında ABŞ Prezidentinin bu ideyasına yalnız İtaliyanın baş naziri Cüzeppe Konte müsbət yanaşıb. Sammitə ev sahibliyi edən Fransa prezidenti Emmanuel Makron isə Trampla görüşündə Ukrayna münaqişəsi davam etdiyi müddətcə Rusiyanın bu formata bərpasının mümkünsüzlüyünü bir daha vurğulayıb. Avropa İttifaqının Brüsseldə fəaliyyət göstərən nüfuzlu “beyin mərkəzləri”ndən olan
Avropa Siyasət Mərkəzinin siyasi analitiki Amanda Paul da
APA-ya açıqlamasında Rusiyanın tezliklə G7-yə qayıtmasının ehtimal edilmədiyini bildirib. “Prezident Trumpdan başqa G7 liderlərindən heç biri bu addımı dəstəkləməyib. Təbii ki, bunun baş verməsi üçün G7-nin bütün üzvlərinin razılığı lazımdır”, - deyə A. Paul qeyd edib. /APA/
SİYASƏT /
DÜNYA