mobil versiya

Devid Bekhemin oğlunun 17 milyonluq malikanəsi - FOTO




Məşhur cütlük Devid və Viktoria Bekhemlərin böyük oğlu Bruklin Bekhem bahalı malikanə alıb.

BAKU.WS “Dailymail”ə istinadən xəbər verir ki, Bruklin sevgilisi Nikola Peltzlə nişanından bir il keçməsi münasibətilə Kaliforniya ştatında yerləşən “Beverly Hills”də geniş ev alıb.

O, bu malikanəyə 10 milyon 500 min dollar (17 milyon 850 min manat) ödəyib.

Geniş malikanədə bir neçə yataq və vanna otağı ilə yanaşı yoqa otağı, idman zalı və böyük hovuz da var.

Bruklinlə Nikola ailə qurarkən yaşayacağı evdə bir çox məşhur insanlarla qonşu olacaq.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 30-06-2021, 17:41