mobil versiya

Quba-Bakı yolunda yük avtomobili ağaca çarpıldı - VİDEO




Quba-Bakı yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Bildirilib ki, "Shacman" markalı yük avtomobili yüksək sürətlə hərəkət edərkən sürücü idarəetməni itirib və maşın yol kənarındakı ağaclara çarpılıb.

Hadisə zamanı yüklə dolu avtomobilə ciddi ziyan dəyib.

Qəza baş verən istiqamətdə yolda tıxac yaranıb.


SON XƏBƏR / KARUSEL
Tarix: 16-07-2021, 15:40