mobil versiya

Tahir Əmiraslanov kitablarını buna görə yandırıbmış - Səbəbini açıqladı




Azərbaycan Milli Kulinariya Mərkəzinin keçmiş direktoru Tahir Əmiraslanovun kitablarını yandırması sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.

Bakupost.az xəbər verir ki, o, bunun səbəbini belə izah edib:


“Dostlar, bəzi kitablarımı yandırmağımla bağlı yüzlərlə rəy gəlir. Müxtəlif yozumları qarşılamaq üçün səbəbini açıqlayıram:


1. İnsanlarımızın kitab oxumamalarına və bununla ölkəmizi geri çəkmələrinə etiraz edirəm.

2. "National Geographic" kimi böyük bir resursda mətbəximiz təhrif edilir. Mətbəxi qorumaq üçün yaradılmış qurum bunu təkzib etmir, cavablandırmır. Buna etirazımı bildirirəm. Bunları yozmaq lazım deyil”.




SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 7-07-2022, 15:14