mobil versiya

Gürcüstandan Rusiyaya gedən avtomagistral bağlanıb



Gürcüstandan Rusiyaya gedən Kazbek-Yuxarı Lars avtomagistralı noyabrın 1-də axşam saatlarında bütün növ avtomobillər üçün bağlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Yol Patrul Departamenti məlumat yayıb.

Məlumatda deyilir ki, avtomobillərin hərəkəti Mtsxeta-Stepantsminda-Lars avtomagistralının Qudauri-Kobi hissəsində qadağan edilib.


Yolun bağlanmasına güclü qar yağması və görmə imkanlarının tam məhdudlaşması səbəb olub.

Bəzi məlumatlara görə, hazırda Gürcüstan-Rusiya sərhəd-keçid məntəqəsində 100-dən çox avtomobil dayanıb.

Gürcüstan tərəfi ehtiyacı olanlara müvafiq köməklik göstərir.
SON XƏBƏR / DÜNYA / HADİSƏ
Tarix: 2-11-2019, 10:15