mobil versiya

DİQQƏT! Bu ərazidə rənglənmə işləri aparılacaq


Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Ələt istiqamətində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

Bu barədə reportyor.az "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə istinadən məlumat verir.

İşlər bu gün axşam saatlarınadək davam edəcək. Bu müddət ərzində hərəkət hissə-hissə işlər aparılan zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.

Bu üzdən sürücülərdən magistral yolun sözügedən hissəsində hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

KARUSEL / ÖLKƏ
Baxılıb: 34 Tarix: 30-09-2019, 09:57


Şərh bildir
yenilə, əgər kod görünmürsə