İşçinin ölümü səbəbindən Roma Kolizeyinin bir hissəsi bağlanıb

İtaıiya Mədəniyyət Nazirliyinin açıqlamasına görə, turistlərin ən çox ziyarət etdiyi məkanlardan biri olan Romadakı qədim Kolizeyin ikinci mərtəbəsi, gecə saatlarında orada bir işçinin həyatını itirməsi səbəbindən çərşənbə günü bağlanıb.
Nazirlik bildirib ki, "yüksəklikdə kəndir vasitəsilə işləyən mütəxəssis Andrea Moretti... dünən gecə Flavilər Amfiteatrında (Kolizeydə) baş verən iş qəzası nəticəsində həyatını itirib".
Açıqlamada qeyd olunub ki, "matəm əlaməti olaraq, (Kolizey Arxeoloji) Parkı qəzanın baş verdiyi ikinci mərtəbə hissəsini həmin gün üçün ziyarətçilərə bağlamaq qərarına gəlib".
Əlavə təfərrüat verilməsə də, polisin hadisənin təfərrüatlarını müəyyən etmək üçün iş apardığı bildirilib.
Mədəniyyət naziri Alessandro Culi "iş başında olan gənc bir insanın mənasız ölümü ilə bağlı hamıya dərin və səmimi başsağlığı" verib.
Dünyanın ən böyük amfiteatrı olan Kolizey eramızın birinci əsrində tikilib və burada heyvan ovları və qladiator döyüşləri kimi tədbirlər keçirilib.
O, təxminən 50 000 tamaşaçını qəbul edə bilirdi.
Bu tarixi abidəni pik vaxtlarda gündə 20 000-ə qədər insan ziyarət edir.
Reportyor.az
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 15:35


























