mobil versiya

Türkiyədə Qurban bayramı günü 863 yol qəzası baş verib





Türkiyədə Qurban bayramı günü 863 yol qəzası baş verib
.
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya özünün "X" hesabında məlumat yayıb.
Onun sözlərinə görə, bu qəzalarda 1 319 nəfər yaralanıb, 10 vətəndaş isə hadisə yerində həyatını itirib.
"Həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, yaralılarımıza təcili şəfa diləyirəm. Qurban Bayramı tətilində Təhlükəsizlik və Yol polislərimiz vətəndaşlarımızın təhlükəsizliyi üçün lazımi tədbirləri görür, nəzarətləri böyük bir həssaslıqla davam etdirir", - paylaşımda qeyd olunub.(report)




KARUSEL / DÜNYA
Tarix: 6-06-2025, 17:09