ABŞ-da silahlı hücumlar nəticəsində bu il 140 nəfər həyatını itirib
ABŞ-da silahlı insidentlər 2006-cı ildən bəri ən pik həddə çatıb. Təkcə bu il silahlı hücumlar nəticəsində ümumilikdə 140 nəfər həyatını itirib.
Anadolu Agentliyi xəbər verir ki, “Associated Press” və “USA Today”in Şimal-Şərq Universiteti ilə birgə apardığı araşdırmaların nəticələrinə əsasən, ABŞ-da hücumların çoxalmasının əsas səbəbi ölkədə silahlanmanın artmasıdır.
Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden martın 27-də Tennessi ştatında ibtidai məktəbdə 3-ü uşaq olmaqla 6 nəfərin ölümünə səbəb olan atışmadan sonra verdiyi açıqlamada silahlanma qaydalarında islahatlara çağırıb.
Xatırladaq ki, ölkədə 4 İyul - Müstəqillik Günü zamanı müxtəlif ştatlarda baş verən silahlı hücumlarda ümumilikdə 15 nəfər həyatını itirib.
KARUSEL / DÜNYA
Tarix: 14-07-2023, 16:13