mobil versiya

İlk dəfə azərbaycanlı tələbə Mərakeşdə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsil alacaq




Azərbaycan və Mərakeş arasında elm və ali təhsil sahəsində əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq azərbaycanlı tələbə Hökumətlərarası Təqaüd Proqramı (HTP) vasitəsilə Mərakeş Krallığında təhsil alacaq.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, bu imkan 2026-cı il fevralın 16-da Rabat şəhərində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması ilə yaradılıb.

Proqram çərçivəsində seçilmiş azərbaycanlı tələbə 2026-2027-ci tədris ilindən etibarən Mərakeşin V Mohammed Universitetində psixologiya ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alacaq.
Qeyd edək ki, bu, Azərbaycan və Mərakeş arasında ali təhsil sahəsində əməkdaşlıq çərçivəsində azərbaycanlı tələbənin Hökumətlərarası Təqaüd Proqramı vasitəsilə Mərakeşdə təhsil aldığı ilk haldır. (Azərtac)

Reportyor.az 




KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 13:48