mobil versiya

Şuşan Stepanyan istefa verib




Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan istefa ərizəsi yazıb.

REPORTYOR.AZ xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Ş.Stepanyan Azərbaycanın Hadrut rayonunda anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunda Azərbaycan hərbçiləri tərəfindən məhv edilən Şagen Stepanyanın qızıdır.

12:32

Ermənistan müdafiə nazirinin istefasından sonra qurumun mətbuat katibi Şuşan Stepanyan da istefa verəcək.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə məlumatı “Sputnik Armeniya” yayıb.

Həmçinin bildirilib ki, müdafiə naziri David Tonoyanın istefa qərarı ona məxsus deyil.

SON XƏBƏR / GÜNDƏM / ÖLKƏ
Tarix: 20-11-2020, 17:00