“Hindistanın YUNESKO Ümumdünya İrsi Siyahısına daxil edilmiş abidələri” mövzusunda sərgi keçiriləcək

Hindistanın Bakıdakı Səfirliyi “Hindistanın YUNESKO Ümumdünya İrsi Siyahısına daxil edilmiş abidələri” mövzusunda sərgi təşkil edir.
Bu barədə səfirlik sosial şəbəkə səhifələrində paylaşım edib.

Sərgi 18 iyul, saat 18:00-dan etibarən Hindistanın Bakıdakı Səfirliyində baş tutacaq.
Sərgi ilə yanaşı Hindistan Küçə Yeməkləri Festivalı, musiqi, rəqs performansları və "Fashion Show" da keçiriləcək.
Reportyor.az
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 13:25


























