Braziliya prezidenti millinin futbolçuları haqda: “Bu, biabırçılıqdır
“Globo” xəbər verir ki, dövlət başçısı mundialdan sonra futbolçuların əksəriyyətinin vətənə qayıtmamasını qınayıb:
“Təyyarədə demək olar ki, heç kim yox idi. Bu, sadəcə biabırçılıqdır. Yalnız bir futbolçu geri qayıtdı, qalanların hamısı orada qaldı”.
Braziliya millisi dünya çempionatında 1/8 finala qədər irəliləyib. Karlo Ançelottinin rəhbərlik etdiyi komanda bu mərhələdə Norveç yığmasına 1:2 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb. (Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Dünən, 13:18




























