mobil versiya

Neymar milli karyerasını bitirib



Braziliya millisi tarixində ən çox qol vuran futbolçu olan Neymar yığmadakı karyerasını başa vurub.

Bu barədə “Globo” portalı məlumat yayıb.

“Bir neçə dəfə yoxladım, amma olmadı. Bu stadionda başlamışdım, burada da bitirirəm” – deyə, 34 yaşlı futbolçu bildirib.
Neymar 2023-cü ildən sonra ilk dəfə Braziliya millisinin heyətində fərqlənib. O, DÇ-2026-nın 1/8 final mərhələsində Norveçə qarşı keçirilən və Braziliyanın 1:2 hesabı ilə məğlub olduğu oyunda penaltidən fərqlənib.
Neymar yığmanın heyətində ümumilikdə 130 oyunda 80 qol vurub, 59 məhsuldar ötürmə edib.

Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: Bu gün, 10:42