mobil versiya

Əfqanıstanın paytaxtı raket atəşinə tutulub, ölən və yaralanan var



Əfqanıstanın paytaxtı Kabilin bir neçə rayonuna azı dörd raket düşüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinə istinadən “TOLOnews” telekanalı bildirib.

Məlumata görə, iki raket beynəlxalq aeroportun yaxınlığında partlayıb, digər raketlər paytaxtın başqa rayonuna düşüblər. Nazirlik bildirib ki, atəş nəticəsində bir dinc sakin həlak olub, daha bir nəfər yaralanıb.

Hücuma görə məsuliyyəti hələlik heç bir terror qruplaşması üzərinə götürməyib.
SON XƏBƏR / DÜNYA
Tarix: 12-12-2020, 10:02