Azərbaycan Mətbuat Şurası yeni sədrini seçir
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilir. Tədbiri Azərbaycan Himni ilə Mətbuat Şurası sədri postu ilə vidalaşan Əflatun Amaşov açdı. Ardınca şəhid jurnalistlərimiz -Məhərrəm İbrahimov, Sirac Abışov başda olmaqla Azərbaycan şəhidləri bir dəqiqəlik sükutla yad edildi.
Daha qeydiyyatdan keçənlərin sayını açıqlayan Ə.Amaşov qurultayın öz işinə başlaması üçün yetərsayın olduğunu söylədi və Azərbaycan jurnalistlərinin ölkə prezidenti İlham Əliyevə müraciətinin olduğunu söylədi. Müraciəti MŞ sədrinin müavini Umud Rəhimoğlu çatdırıb. O, ölkə mediasının inkişafında əsas rol oynayan dövlət başçısına Azərbaycan media nümayəndələri adından öz təşəkkürlərini bildirib. Xüsusilə, II Qarabağ savaşında Ali Baş Komandan kimi dünyanın ən müxtəlif media orqanlarına verdiyi möhtəşəm müsahibələri önə çəkdi. O, Azərbaycan jurnalistləri adından ölkə rəhbərinə gələcək həyatda fəaliyyətində uğurlar arzulayıb.
Bundan sonra qurultayı aparmaq üçün sədarət yaradılıb.
Üç nəfərdən ibarət katiblik də yaradıldı. Mandat komissiyası da üç nəfərdən ibarət oldu. Say komissiyası təkliflərdən 9 ibarət təşkil edildi.
Sədarətdə tədbirin aparıcı kimi Ə.Amaşov və U.Rəhimoğlu və Müşfiq Ələsgərli yer aldı.
Ə.Amaşov 20 ilə yaxın MŞ sədri olan dönəmini hesabatını verdi: "Bu illər ərzində birlikdə fəaliyyət göstərdik. Ümid edirəm ki, VIII qurultay tarixdə həmişə yaddaşlarda qalacaq. Mətbuat Şurası yaradılan gündən bu günə qədər 15 minə yaxın şikayət daxil olub ki, onun 70%-i məhkəmə müstəvisi olub. Təkcə 7-ci qurultaydan 8-ci qurultaya qədər keçən müddətdə 1615 şikayət daxil olub. Mətbuat Şurası mövcud olduğu dönəmdə Vətən Müharibəsində möhtəşəm qələbə qazandıq. Bu bizim fəaliyyətimiz dönəmində ən şanlı qələbə idi. Bizim fəaliyyətimiz dönəmindəki rəqəmlər hər birinizə məlumdur. Ona görə də, çox sadalamağa ehtiyac görmürəm".
Musavat.com
GÜNDƏM
Tarix: 24-09-2022, 10:40