mobil versiya

Əflatun Amaşov: "İstefa verməmişəm, vermək fikrim də yoxdur"



Mətbuat Şurasının sədri Əflatun Amaşov şura sədrliyindən istefa ərizəsi yazdığı ilə bağlı çıxan söz-söhbətlərə aydınlıq gətirib. 

REPORTYOR.AZ xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində yazıb.

Sədrin sözlərinə görə, yazılanlar və deyilənlər şayiədir.

"Kimlərsə orda-burda deyib ki, mən Mətbuat Şurası sədrliyindən istefa ərizəsi yazmışam. Bunu mənim fikrimi öyrənmədən yazanlar da tapılıb. Bəri başdan bildirim ki, yazılanlar və deyilənlər şayiədir. İstefa verməmişəm, istefa vermək fikrim də yoxdur. Hazırda işimin başındayam.
Bəli, Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə əsasən 4 ildən bir Azərbaycan jurnalistlərinin qurultayı keçirilməlidir. Axırıncı ali məclis 2018-ci ildə baş tutub. Deməli, 2022-ci ildə də təşkil olunmalıdır. Bununla bağlı qərarı, yəni qurultayın keçirilməsi üzrə Nizamnamə prosedurunun reallaşdırılması qərarını Şuranın İdarə Heyəti verməlidir. Qurultayda Şuranın İdarə Heyəti üzvlüyünə və sədrliyə yenidən namizədliyimi irəli sürüb-sürməmək qərarını isə mən verməliyəm. Tövsiyə edirəm ki, kimsə buna görə narahatlıq keçirib hadisələri qabaqlamaq niyyətinə düşməsin. Belə bir niyyətə düşmək ən azından etikasızlıqdır".

Qeyd edək ki, bu gün bir sıra xəbər saytlarında Əflatun Amaşovun vəzifəsindən istefa ərizəsi yazması və onun əvəzinə şuraya Rəşad Məcidin rəhbərlik edəcəyi xəbərləri yayılıb. 
SON XƏBƏR / KARUSEL
Tarix: 29-08-2022, 14:13