Ermənistan D-30 toplarından Azərbaycan mövqelərini atəşə tutur - MN
Mayın 11-i saat 17:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun şərti sərhəddin bu istiqamətdəki mövqelərini D-30 toplarından istifadə etməklə atəşə tutur.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.
KARUSEL / GÜNDƏM
Tarix: 11-05-2023, 17:42