mobil versiya

ATƏT Daimi Şurasının iclasında Ermənistanın sərhəddəki son təxribatı ilə bağlı məsələ qaldırılıb


ATƏT Daimi Şurasının iclasında Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribatla bağlı məsələ qaldırılıb.
Trend-in məlumatına görə, bu barədə Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Rövşən Sadıqbəyli "Twitter" hesabında bildirib.
“Bu cür əməllər sülh prosesini baltalayır və beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır. Ermənistanın sülhə məcbur edilməsi və onu normallaşma prosesinin məntiqində saxlanılması üçün əlavə tədbirlər görülməlidir”, - deyə o qeyd edib.
Xatırladaq ki, mayın 10-da axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətindəki mövqelərindən Ordumuzun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla növbəti dəfə təxribat törədib.








KARUSEL / GÜNDƏM
Tarix: 11-05-2023, 18:05