Bu il 500-ə yaxın əcnəbi müəllimə yaşama icazəsi rəsmiləşdirilib
2023-cü ildə əcnəbi və vətəndaşlığı olmayan professor və müəllim heyəti üçün 500-ə yaxın yaşama icazəsi rəsmiləşdirilib.
Bunu Dövlət Miqrasiya Xidməti Baş idarə rəisinin müavini Tamilla Hacıyeva “Azərbaycanda beynəlxalq təhsil imkanları” adlı tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, əcnəbi tələbələrlə yanaşı, ali təhsil müəssisələrində çalışan əcnəbi və vətəndaşlığı olmayan professor və müəllim heyəti üçün də bütün zəruri imkanlar təmin olunur:
“Əcnəbi tələbələrin müvəqqəti yaşama icazəsi ilə təmin olunmasının operativliyini və verilən qərarların obyektivliyini təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidməti ilə Elm və Təhsil Nazirliyi arasında işgüzar əlaqələr mövcuddur. Belə ki, Elm və Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili alt sistemi proqramı (ATİS) ilə Vahid Miqrasiya Məlumat Sistemi arasında yaradılmış inteqrasiya nəticəsində əcnəbi tələbələr barədə məlumat mübadiləsi həyata keçirilir. Bu inteqrasiya təhsil orqanları tərəfindən əcnəbi tələbələrlə bağlı aparılan digər rəsmiləşdirmələrin də vaxtında təmin edilməsinə zəmin yaradır. Dövlət Miqrasiya Xidmətinin əcnəbi tələbə və müəllimlərlə bağlı işinin digər bir istiqaməti onların yerli cəmiyyətə inteqrasiyasının təmin edilməsidir. Bu istiqamətdə Xidmət müxtəlif layihələri icra edir və zəruri tədbirləri görür. Ölkəmizdə mövcud siyasi sabitlik və iqtisadi inkişaf, Azərbaycanın multikultural dəyərləri, xalqımızın qonaqpərvərliyi və bəşəri dəyərlərə önəm verməsi ölkəmizdəki əcnəbi tələbələrin özlərini rahat hiss etmələrini şərtləndirir. Əcnəbilər, o cümlədən əcnəbi tələbələr arasında aparılmış sorğular onların inteqrasiya ilə bağlı çətinliklər yaşamadığını göstərir. Bununla belə, Xidmət tərəfindən əcnəbilərə ödənişsiz Azərbaycan dili ilə bağlı kurslar təşkil edilir, həmçinin onların yerli cəmiyyətə inteqrasiyasına yönəlmiş digər tədbirləri həyata keçirir”(apa).
KARUSEL / CƏMİYYƏT

Tarix: 26-12-2023, 12:59