Bu marşrut xətləri üzrə elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayıb
1, 5, 14, 21 və 88A nömrəli marşrut xətləri üzrə BYD markalı elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayıb.
Reportyor.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi - AYNA-dan məlumat verilib.
Bildirilir ki, elektrik mühərrikli avtobuslar sıfır emissiya texnologiyası ilə təchiz edilib ki, bu da ətraf mühitin qorunmasına mühüm töhfə verir. Bununla yanaşı, avtobuslar sərnişinlərin komfort səviyyəsini artırmaq üçün ən son texnologiyalarla təmin olunub.
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 11:46