Noyabrın 19-dan E2 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq
AYNA tərəfindən yeni xətlərin təşkili və avtobus zolaqları şəbəkəsinin genişləndirilməsi işləri davam etdirilir.
Reportyor.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi noyabrın 19-dan E2 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.
Köhnə Günəşli qəsəbəsinin Səməd bəy Mehmandarov küçəsini “Sədərək” ticarət mərkəzi ilə əlaqələndirən marşrut üzrə Neapol və Ukrayna dairələri, Ramiz Quliyev küçəsi (Nargilə dairəsi), 8 Noyabr prospekti (Bakı İstilik Elektrik Mərkəzi), 2 saylı “ASAN Xidmət”, Zərifə Əliyeva küçəsi (“Sahil” metrostansiyası), Azneft dairəsi və Bibiheybət məscidi aralıq dayanacaq məntəqələri kimi təyin edilib.
Marşrut üzrə avtobuslar 15 dəqiqə hərəkət intervalı ilə xidmət göstərəcək, gediş haqqı 0.50 AZN müəyyən edilib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 11:59