Bakıdan Sumqayıta ekspres marşrut xətti açılıb
Sumqayıtdan Bakı şəhəri istiqamətinə ictimai nəqliyyatın təşkili ilə bağlı sərnişin tələbatı nəzərə alınaraq, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Sumqayıt şəhər Avtovağzalını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirəcək yeni ekspress marşrut xətti təşkil edilir.
AYNA-dan bildirilib ki, yanvarın 21-dən fəaliyyətə başlayacaq ekspress avtobuslar Sumqayıt Avtovağzalı, “Bağçalı evlər” yaşayış kompleksi, Sumqayıt dairəsi, Ceyranbatan qəsəbəsi, metronun “Avtovağzal” stansiyası, Bakı Beynəlxalq Avtovağzal Kompleksi marşrutu üzrə hərəkət edəcək.
Sərnişinlərin rahat, sürətli və təhlükəsiz daşınması üçün səfərlər “Neoplan” markalı 48 yerlik komfortlu avtobuslarla həyata keçiriləcək. Xətdə 14 avtobus 11 dəqiqə intervalla sərnişinlərə xidmət göstərəcək.
Ekspress avtobuslarda gedişhaqqı 0.80 azn təşkil edir. Ödənişlər nağdsız qaydada olacaq.
Qeyd edək ki, “BakıKart”ın balansını artırmaq üçün həm Bakı Beynəlxalq Avtovağzal Kompleksi, həm də Sumqayıt avtovağzalında ödəniş terminalları yerləşdirilib. Sərnişinlər, həmçinin “BakıKart” mobil tətbiqi üzərindən QR kod vasitəsilə də ödənişlərini edə bilərlər.
KARUSEL / İQTİSADİYYAT

Tarix: 19-01-2024, 15:55