mobil versiya

Bakı-Sumqayıt-Bakı "Ekspres" qatarı fəaliyyətə başlayacaq



Sabahdan "Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı-Sumqayıt-Bakı "Ekspres" qatarı fəaliyyətə başlayır.
Səhmdar cəmiyyəti xəbər verir ki, məqsəd sərnişin sıxlığını azaltmaqdır.
"Ekspres" qatarı heç bir stansiyada dayanmadan birbaşa hərəkət edəcək.
Qatar iş günləri Bakıdan Sumqayıta saat 06:50-də və 18:05-də, Sumqayıtdan Bakıya isə saat 07:45-də və 20:05-də hərəkət edəcək.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 12-10-2023, 11:57