mobil versiya

Bakıda bir sıra müntəzəm marşrut xətlərinin hərəkət sxemi dəyişdirilib




Bakıda 8 noyabr - Zəfər Günü münasibətilə keçiriləcək tədbirlərlə əlaqədar bu gün saat 07:00-dan tədbir başa çatana qədər “Azneft” dairəsi, Neftçilər prospekti, Kövkəb Səfərəliyeva, Azadlıq, Bülbül, Rəsul Rza, Yusif Səfərov, İstiqlaliyyət küçələri istiqamətində Ağ Şəhər Bulvarı olmaqla avtomobillərin hərəkət istiqamətləri dəyişdiriləcəyindən aşağıda göstərilən marşrutların hərəkət istiqamətləri məhdudiyyətlərə uyğun olaraq təşkil ediləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

1 nömrəli marşrut: Son dayanacaq məntəqəsi “28 May” metro stansiyası olmaqla Puşkin küçəsi – Dilarə Əliyeva küçəsi - Rəşid Behbudov küçəsi - Süleyman Rəhimov küçəsi – Xətai prospekti – Heydər Əliyev prospekti daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.

2 nömrəli marşrut: Rəşid Behbudov küçəsi - Süleyman Rəhimov küçəsi – Xətai prospekti – Heydər Əliyev prospekti – Heydər Əliyev prospektindən geriyə dönməklə (Tunelin üstü) – Ağa Nemətulla küçəsi daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.

4 və 88 nömrəli marşrutlar : Son dayanacaq məntəqəsi “28 May” metro stansiyası olmaqla Puşkin küçəsi – Dilarə Əliyeva küçəsi – Rəşid Behbudov küçəsi daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.

5 nömrəli marşrut : Son dayanacaq məntəqəsi “28 May” metro stansiyası olmaqla Puşkin küçəsi – 28 May küçəsi – Rəşid Behbudov küçəsi – Süleyman Rəhimov küçəsi daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.

6,10,18, 31,53 və 77 nömrəli marşrutlar: Şeyx Şamil küçəsi - Lermontov küçəsi – Bünyad Sərdarov küçəsi daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.

21,32,46 və 175 nömrəli marşrutlar: Son dayanacaq məntəqəsi Xətai m/st olmaqla Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Babək prospekti – Xəqani Rüstəmov küçəsi – 8 Noyabr prospekti (Geriyə dönmə) daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.

30 və 49 nömrəli marşrut: Son dayanacaq məntəqəsi Xətai m/st olmaqla Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Babək prospekti daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.

37 nömrəli marşrut: Son dayanacaq məntəqəsi Nəriman Nərimanov pr. (N.Nərimanov heykəli) olmaqla təşkil ediləcək.

61 nömrəli marşrut: Son dayanacaq məntəqəsi Puşkin küçəsi olmaqla 28 May küçəsi – Rəşid Behbudov küçəsi daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.

65 nömrəli marşrut: Son dayanacaq məntəqəsi M.F.Axundov bağı olmaqla Lermontov küçəsi - Bünyad Sərdarov küçəsi – Nəriman Nərimanov prospekti – Abdulla Şaiq küçəsi – Mirzəağa Əliyev küçəsi – Şəmsi Bədəlbəyli küçəsi daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.

120 və 149 nömrəli marşrut: Yeni Salyan yolu – Su İdman Sarayı (dairə) - Bibiheybət yolu daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.

125 və 127 nömrəli marşrutlar: 28 May m/st istiqamətində avtobusların hərəkəti Bakı Dairəvi Avtomobil yolu – Mikayıl Müşfiq küçəsi – Abdulla Şaiq küçəsi – Mirzəağa Əliyev küçəsi - Şəmsi Bədəlbəyli – Rəşid Behbudov küçəsi – Süleyman Rəhimov küçəsi – Azadlıq prospekti – 28 May m/st, əks istiqamətdə isə Dilarə Əliyeva küçəsi – Rəşid Behbudov küçəsi – Füzuli küçəsi – Nəriman Nərimanov prospekti - Mikayıl Müşfiq küçəsi - Bakı Dairəvi Avtomobil yolu daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.

205 nömrəli marşrut, M3 və H1 nömrəli marşrut: Son dayanacaq məntəqəsi “28 May” metro stansiyası olmaqla Puşkin küçəsi – Dilarə Əliyeva küçəsi – Rəşid Behbudov küçəsi - Süleyman Rəhimov küçəsi – Xətai prospekti – Heydər Əliyev prospekti daha sonra öz xətti üzrə fəaliyyət göstərəcək.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 8-11-2021, 11:30