Ailə başçısını itirdiyi üçün 188 600 nəfərdən çox şəxsə ödəniş edilib
2024-cü ilin oktyabr ayında ailə başçısını itirməyə görə 188 600 nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib.
Reportyor.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, onlardan 135 100 nəfərdən çoxu pensiya, 53 500 nəfərdən çoxu isə müavinət alıb.
KARUSEL / SOSİAL
Tarix: 26-11-2024, 11:51