Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti ucuzlaşaraq 1,82 ABŞ dolları, yaxud 2,38 % azalaraq 74,7 ABŞ dolları təşkil edib.
Reportyor.az xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 73,01 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 09:11