Türkiyənin 24 əyalətində məktəblərdə təhsil birgünlük dayandırılıb
Türkiyənin 24 əyalətində güclü qar yağması səbəbindən məktəblər, liseylər, təlim kursları, xüsusi təhsil müəssisələri və reabilitasiya mərkəzlərində tədris birgünlük dayandırılıb.
Məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, səbəb kimi güclü qar yağması ilə yarana biləcək çovğun, buzlanma, şaxta və duman təhlükəsi əsas gətirilib.
Məlumata görə, Kayseri, Neşehir, Ordu, Gümüşhane, Kastamonu, Bolu, Yozqat, Artvin, Karabük, Malatya, Giresun, Sinop, Ərzurum, Tokat, Aksaray, Kırşehir, Kahramanmaraş, Samsun, Trabzon, Niğde, Bingöl, Çankırı, Konya, Karaman əyalətlərinin bir çox rayonlarında sərt hava şəraiti ilə əlaqədar tətil elan olunub.(report)
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 09:32