mobil versiya

Dövlət Miqrasiya Xidməti bu ilin birinci rübündə 21 min 121 zəngi cavablandırıb




Bu ilin birinci rübündə Dövlət Miqrasiya Xidmətinin 919 - Çağrı mərkəzi tərəfindən 21 min 121 zəng cavablandırılıb. Onlardan 18 min 170-i Azərbaycan, 2663-ü rus, 288-i isə ingilis dillərində cavablandırılıb.
Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Qəbul edilən zənglərin 6847-si müvəqqəti yaşama icazəsi, 701-i müvəqqəti olma müddətinin uzadılması, 1495-i vətəndaşlıq məsələləri, 242-si olduğu yer üzrə qeydiyyat, 1565-i daimi yaşama icazəsi, 1345-i iş icazəsi, 7126-si isə digər məsələlərlə bağlı olub.

KARUSEL / CƏMİYYƏT
Tarix: 11-04-2023, 14:45