Zaqatalada dönərdən zəhərlənmə ilə bağlı TƏBİB açıqlama yayıb
Noyabrın 25-də saat 21:30 radələrində 3 nəfər (2-si kişi cinsli, 1-i qadın cinsli) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
Reportyor.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
“Onlara dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi, dispepsiya diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən hər üç şəxs ambulator müalicə üçün evə buraxılıb”, məlumatda deyilir.
SAĞLAMLIQ / KARUSEL
Tarix: Bu gün, 11:20