TƏBİB zavodunda baş verən partlayışla bağlı açıqlama yayıb
TƏBİB Şirvan şəhərində yerləşən Araz zavodunda baş verən partlayışla bağlı açıqlama yayıb.
Məlumata görə, partlayış nəticəsində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz tibbi yardım şöbəsinə müxtəlif xəsarətlərlə üç nəfər (kişi cinsli) hospitalizasiya olunub.
1992-ci il təvəllüdlü şəxs sol əlin əzilmiş cırılmış yarası, 2001-ci il təvəllüdlü şəxs alın nahiyəsinin çapılmış yarası, 1999-cu il təvəllüdlü şəxs isə barotravma diaqnozu ilə tibb müəssisəsinə daxil olub.
Hər üç şəxsə zəruri tibbi xidmət göstərilir.
KARUSEL / ÖLKƏ
Tarix: 23-01-2024, 17:18