mobil versiya

Səfir: "Azərbaycan bir neçə aydan sonra həm təşkilatı, həm də mahiyyat etibarilə Bakıda uğurlu COP29 sammiti keçirəcək"



Yunanıstanın Milli Günü münasibətilə bu ölkənin Bakıdakı səfirliyi rəsmi qəbul təşkil edilib.

Hər iki ölkənin Dövlət himnlərinin səsləndirildikdən sonra səfir Xristos Kapodistrias çıxış edib, bildirib ki, bu axşam həmçinin, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluğu qeyd edirik: "Sofiyada Prezident İlham Əliyev və Baş nazir Kiriakos Mitsotakisin arasında baş tutmuş müsbət əhval-ruhiyyə ilə müşahidə olunan görüş, dostluğumuzu getdikcə möhkəmləndirir".
Bir neçə gün əvvəl xarici işlər nazirinin müavini Fariz Rzayev Bakıda səfərdə olan Yunanıstanlı həmkarı, nazir müavini Aleksandra Papadopuluya bu ölkənin dillər əzbəri olan səmimi qonaqpərvərliyi göstərilib. Biz birlikdə qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunda siyasi məsləhətləşmələr apardıq. Bildiyiniz kimi yaxın həftələrdə Hökumətlərarası Birgə Komitənin iclasına hazırlaşırıq. 
Fariz Rzayev bir neçə gündən sonra Delfi Forumunda iştirak etmək üçün yenidən Afinaya səfər edəcək və səfəri zamanı daha bir sıra görüşlər keçirəcək: "Sizi əmin etmək istərdim ki, illərdir ki, biz artıq Delfini əcdadlarımızın minlərlə il əvvəl etdiyi kimi nə "Dünyanın Mərkəzi", nə də Yunanıstanın hər hansı digər hissəsi hesab etmirik. Yunan mifalogiyasına görə, Delphy-nin Oracle  ənənəsində olduğu kimi, gələcəklə bağlı qeyri-müəyyən şəkildə formalaşdırılmış bir peyğəmbərliyin yaradılacağına dair söz verə bilmərəm. Lakin mən sizi Beynəlxalq Hüquqa ve Dəniz Hüququna əsaslanmış dialoqa, dostluğa, mehriban qonşuluq münasibətlərinə və fikir ayrılıqlarının sülh yolu ilə həllinə, sadiqliyimizə əmin edə bilərəm".
Bu prinsiplər və dəyərlər bu günün və sabahın dünyasında bizim kompasımızdır.


Məhz bu etimadnamə ilə biz Yunanıstanın 2025-2026-cı illər üçün BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini təqdim edirik.
İkitərəfli münasibətlərimizin böyük potensialına əmin olduğum üçün, baxışlarımızın üst-üstə düşdüyünü bilirəm. Biz həmçinin əminik ki, Azərbaycan bir neçə aydan sonra həm təşkilatı, həm də mahiyyat etibarilə Bakıda uğurlu COP29 sammiti keçirəcək.
Həmçinin, Yunanıstan bir neçə gün sonra Afinada BMT-nin IX Okean Konfransına ev sahibliyi edərək, Dayanıqlı İnkişaf Məqsədlərine dair qlobal məlumatlılığı və öhtəliyi artırmaq üçün üzərinə düşəni edir. Enerji Sektorunda əməkdaşlığımız artıq bir uğur hekayəsidir. Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans- Adriatik boru xətti qitənin enerji təchizatında əhəmiyyətli problemlərlə üzləşdiyi bir dövrdə Azərbaycandan qazı Avropaya gətirən strateji infrastrukdurdur. Artıq üç ildən çoxdur ki, Trans-Adriatik Boru Kəməri təbii qazı Azərbaycandan Yunanıstana, Bolqarıstana və İtaliyaya, eləcə də qonşumuz Turkiyə vasitəsilə dayanıqlı və etibarlı şəkildə nəql edir.
Əməliyyatlar başlayandan bəri Trans-Adriatik Boru Kəməri Yunanıstan, Bolqarıstan və İtalilyaya 33,5 milyard kub metrdən çox nəql edib.
2023-cü ildə Trans-Adriatik Boru Kəməri Yunanıstanın ölkə üçün 3-cü ən böyük təbii qaz idxalçısı olub və bütün Yunanıstan təbii qaz idxalının 18%-ni təşkil edib.
Yunanıstan-Bolqarıstan Qaz Interkonnektoru (IGB) bizi Bolqar dostlarımızla strateji cəhətdən birləşdirən eyni dərəcədə əhəmiyyətli təbii qaz kəməridir və və Şahdənizdən Ruminiyaya, Moldovaya və nəhayət, çox sınaqdan keçmiş Ukraynaya təbii qazı nəql etmə potensialına malikdir.
Azərbaycan hökuməti adından Yunan xalqını Milli Gün münasibətilə təbrik edən xarici işlər nazirnin müavini Elnur Məmmədov deyib ki, Azərbaycan və Yunanıstan xalqları arasında münasibətlər tarixə söykənir.
Düz 32 il əvvəl bu gün ölkələrimiz arasında ikitərəfli diplomatik əlaqələr qurulub. Ötən illər ərzində ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq müxtəlif sahələr üzrə inkişaf edib.Son illər ölkələrimiz intensiv siyasi dialoq aparır. 2022-ci ildə Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasında görüş keçirilmişdir. Ölkələrimizin xarici işlər nazirləri mütəmadi olaraq müxtəlif beynəlxalq forumlar çərçivəsində görüşür, fikir mübadiləsi aparırlar.
Bu il martın 13-də Yunanıstanın xarici işlər nazirinin müavini Aleksandra Papadopulosun Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikası və Yunanıstan Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb.
Azərbaycan və Yunanıstan arasında ikitərəfli iqtisadi əlaqələrin əsasını enerji sahəsində əməkdaşlıq təşkil edir. Azərbaycan enerji sahəsində Avropa üçün etibarlı strateji tərəfdaşdır və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu baxımdan, Cənub Qaz Dəhlizi, onun tərkib hissəsi olan Trans-Adriatik qaz kəməri, eləcə də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru müstəsna əhəmiyyət kəsb edir. Bu layihələr bizim əməkdaşlığımızın mühüm sübutudur.

İqtisadi əməkdaşlığımızın genişləndirilməsi üçün böyük potensial qalmaqdadır. Biz bu ilin sonunda keçirilməsi planlaşdırılan Azərbaycan-Yunanıstan Hökumətlərarası Birgə Komissiyanın növbəti iclasını əməkdaşlıq üçün yeni imkanların müzakirəsi üçün mühüm platforma hesab edirik. Mən humanitar sahəni də ikitərəfli münasibətlərimizin əsas sahələrindən biri kimi qeyd etmək istərdim. Yunanıstanın Qərbi Makedoniya Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında “Neft, qaz və hidrogenin idarə edilməsi və nəqli” üzrə birgə magistr proqramı təhsil sahəsində əməkdaşlığımızın ən uğurlu nümunəsidir.
Mədəniyyət və turizm mübadilələri də insanlar arasında əlaqələrin inkişafına öz töhfəsini verir.
İnanıram ki, Azərbaycan Respublikası ilə Yunanıstan Respublikası arasında əlaqələr gələcəkdə də qarşılıqlı hörmət əsasında ölkələrimizin və xalqlarımızın rifahı naminə inkişaf edəcək.
Rəsmi hissədən sonra Milli Konservatoriyanın Orkestrinin ifasında Mikis Teodorakisin  "Omorfi Poli" (Gözəl şəhər) və Süleyman Ələsgərov "Gözlə Məni" əsərləri səsləndirilib.


KARUSEL / SİYASƏT
Tarix: 2-04-2024, 20:15