mobil versiya

Nasser Bourita Azərbaycan xarici işlər nazirinin müavini ilə görüşüb



Mərakeşin xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdə yaşayan mərakeşlilərin işləri üzrə nazir Nasser Bourita Azərbaycan Prezidenti İlham Əliyevin Mərakeş Kralı VI Məhəmmədə müraciətini çatdıran Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayevi qəbul edib.
Bu görüşdən sonra mətbuata açıqlamasında Rzayev bildirib ki, danışıqlarda əsasən ikitərəfli münasibətlərin inkişafı məsələləri müzakirə olunub. O, həmçinin hər iki ölkənin xarici işlər nazirlərinin həmsədrliyi ilə gələn il keçiriləcək İkitərəfli Hökumətlərarası Komissiyanın növbəti sessiyaya hazırlıqla bağlı dərin dialoqun aparıldığını diqqətə çatdırıb: "Biz əminik ki, bu sessiya ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar əlaqələri daha da inkişaf etdirəcək”. 
Rzayevın sozlərinə görə, Azərbaycan və Mərakeşi böyük coğrafi məsafə ilə bir-birindən ayırsa da, bu iki ölkə tarix, mədəniyyət və, ən əsası, suveren inkişaf, bir-birinin ərazi bütövlüyünə hörmət və beynəlxalq sülhə, təhlükəsizlik və sabitliyə töhfə vermənin vacibliyinə dair ümumi baxışa malikdir.


KARUSEL / SİYASƏT
Tarix: 28-12-2022, 13:15