Azərbaycanda növbəti yumşalmaların vaxtı AÇIQLANDI - VİDEO
"Cons Hopkins Univeristeti pandemiyanın ilk 3 ayından sonra araşdırma aparmışdı. Araşdırmanın nəticəsi olaraq belə bir fikir irəli sürülmüşdü ki, pandemiyaya o vaxt son qoyulacaq ki, dünya əhalisinin 70 faizi xəstələnib sağalacaq və ya vaksinasiya olunacaq".
REPORTYOR.AZ xəbər verir ki, bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Aqil Axundov deyib.
O həmçinin əlavə edib ki, dünyanın 70 faizi hər bir ölkə əhalisnin 70 faizi deməkdir: "Azərbaycanda bizim 70 faizimizin sayı 7 milyondur. Azərbaycanda gündəlik 40 min insan vaksinasiya olunur və bu, çox böyük rəqəmdir. Bu qaydada davam edərsə, 2-3 ay sonra kütləvi tədbirlərə icazə vermək olar".
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 21-06-2021, 11:45